Valideynləri afrikalı olan Sumqayıt uşağı

13 Noyabr 2025 15:51

"Sumqayıt" klubunun futbolçusunun ailəsində sevinc yaşanır.

Milli.Az xəbər verir ki, komandanın burundili yarımmüdafiəçisi Tresor Mossinin oğlu dünyaya gəlib və o, ilk dəfə atalıq sevincini dadıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2023-cü ilin yayından "Sumqayıt"ın heyətində çıxış edir.

Asya Hüseyn
Milli.Az