Diddinin həbsxanadan FOTOsu yayıldı - tanınmaz haldadır

13 Noyabr 2025 09:45

Məşhur amerikalı reper və prodüser P.Diddy (əsl adı Şon Kombs) həbsxanada çəkilən ilk fotosu ilə sosial mediada müzakirələrə səbəb olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, görüntüləri "Metro" nəşri yayımlayıb. Fotoda sənətçinin saçlarının tamamilə ağardığı diqqət çəkib.

Qeyd edək ki, bu ilin oktyabrında Nyu-York məhkəməsi reperi fahişəliyə cəlb etmə ittihamı ilə 50 ay müddətinə azadlıqdan məhrum edib.

Hazırda P.Diddy həbsxanada keşişin köməkçisi kimi çalışır.

Hüseyn
Milli.Az