Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi - FOTO

12 Noyabr 2025 21:08

Türkiyəli müğənni Muazzez Abacı 78 yaşında doğum günündə vəfat edib.

Milli.Az xəbər verir ki, bir neçə gün əvvəl ABŞ-də qızı Saba Abacını ziyarət etdiyi zaman qəfil ürək tutması keçirən sənətçi xəstəxanaya yerləşdirilmişdi. Həkimlər tərəfindən anji əməliyyatı aparılıb və stent qoyulmuşdu, lakin böyrəklərində yaranan problem səbəbindən müalicəsi reanimasiya şöbəsində davam etdirilirdi.

Təəssüf ki, bütün tibbi müdaxilələrə baxmayaraq, Muazzez Abacı 12 noyabr 2025-ci ildə, 78-ci doğum günündə həyatını itirib.

Muazzez Abacı 12 noyabr 1947-ci ildə Ankarada dünyaya gəlib.

2000-ci illərin əvvəllərindən etibarən musiqi sahəsindəki durğunluq səbəbilə səhnə fəaliyyətini azaldan Abacı, son illərini ABŞ-də yaşayan qızı Saba Abacı və nəvəsi ilə birlikdə keçirirdi.

Lalə Qüdrətova
Milli.Az