Orqanizmdə toksinlərin təbii şəkildə xaric olunmasına yardım edən bir çox məhsul var.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı bioloq İrina Lyalina məlumat verib.
Onun sözlərinə görə orqanizmi zərərli maddələrdən təmizləmək baxımından ən faydalı məhsullar tərəvəz və göyərtilərdir. Xüsusilə çuğundur dəyərlidir, çünki onun tərkibindəki fermentlər qanın yenilənməsini sürətləndirir. Qaraciyərin işinə müsbət təsir edən başqa bir qrup qida isə kələmkimilər bitkiləridir. Bu məhsullar qaraciyərin təmizlənmə prosesində iştirak edən fermentlərin yaranmasını gücləndirir.
Lyalina bildirib ki, sadə bir qida olan sarımsaq tərkibindəki kükürd maddəsinə görə qaraciyərin və immun sisteminin normal fəaliyyətini dəstəkləyir. O, əlavə edib ki, alma, zoğal, qara qarağat, moruq və limon kimi meyvələr bağırsaqlarda yığılan artıq maddələrin xaric olunmasına kömək edən pektinlə zəngindir və müxtəlif orqanlara müsbət təsir göstərir.
Bioloq qeyd edib ki, zəncəfil qan dövranını və həzmi yaxşılaşdırır. Yaşıl çay isə qaraciyəri oksidləşmənin yaratdığı zədələnmədən qoruyan katexinlərlə zəngindir. Lyalina vurğulayıb ki, qanın sağlam qalması və toksinlərin bədəndən daha təsirli şəkildə çıxması üçün gündə kifayət qədər təmiz su içmək böyük əhəmiyyət daşıyır.
İsmayıl
Milli.Az