"Elif" qəzaya düşdü - FOTO

12 Noyabr 2025 16:23

Türkiyənin məşhur aktrisası Özgü Namal qəzaya düşüb.

Milli.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza zamanı aktrisa maşında iki övladı ilə birgə olub.

Bu gün səhər saatlarında Beykozda məşhur aktrisa Özgü Namal övladları ilə birlikdə yol qəzasına düşüb. Məlumata görə, Namalın sürücüsünün idarə etdiyi avtomobil digər avtomobillə toqquşub. Zərbənin təsirindən avtomobilə xeyli ziyan dəyərək, onu yararsız hala salıb.

Qəzadan sonra Özgü Namal, uşaqları və sürücüsü xəstəxanaya aparılıb. Təhlükəsizlik kəmərlərinin taxılması və təhlükəsizlik yastıqlarının açılması sayəsində ciddi xəsarət alan olmayıb. Özgü və uşaqlarının sağlamlıq vəziyyəti yaxşıdır.

Qeyd edək ki, Özgü Namal məşhur "Kurtlar vadisi" serialından Elif obrazı ilə tanışdır.

Fidan
Milli.Az