Uşaq Junior Liqası: 1/8 final mərhələsinin parlaq startı! - FOTO

12 Noyabr 2025 16:42

Bakı şəhərində Bakı Şəhər Təhsil İdarəsi və Azərbaycan Uşaq Fondunun dəstəyi ilə keçirilən Uşaq Junior Liqasının 1/8 final oyunları baş tutdu.

Birinci oyun günündə 200, 193, 6, 18 və 160 nömrəli məktəblərin komandaları səhnədə çıxış etdilər.
Gərgin və əyləncəli yarışdan sonra 1-ci yeri 6 və 18 nömrəli məktəblər bölüşdü,

2-ci yeri 160 nömrəli məktəb,

3-cü yeri isə 193 nömrəli məktəb qazandı.

200 nömrəli məktəb çempionatı tərk etdi.

İkinci oyun günündə 7 nömrəli məktəb, "Kirpı" komandası, 17 nömrəli məktəb, "21-ci əsr" məktəbi və 189-190 nömrəli birləşmiş məktəb komandaları yarışdılar.

Nəticəyə əsasən 1-ci yeri maksimum xalla 17 nömrəli məktəb,

2-ci yeri 7 nömrəli məktəb,

3-cü yeri isə "21-ci əsr" və 189-190 məktəbləri bölüşdülər.

"Kirpı" komandası liqanı tərk etdi.

Bütün oyunlar Azərbaycanın əməkdar artisti, "Bakı Oğlanları" KVN komandasının əfsanəvi üzvü, "Planeta Parni iz Baku" teatrının aktyoru Cəbir İmanovun xatirəsinə bir dəqiqəlik sükutla başladı.

Münsiflər heyətində tanınmış media və mədəniyyət nümayəndələri yer almışdır:

Uşaq Fondunun direktoru - Zəhra Bədəlbəyli,

aparıcı - Xose Bernardo,

Space telekanalının direktoru - Nəriman Abdullayev,

jurnalist - Vuqar İmanov,

prodüser - Amiran Babayev,

rejissor - Rüfət Şahbazov,

yumorist - Kənan Yusifov,

"Bakı Oğlanları" komandasının aktrisası - Yana Nikitina,

şair və Junior Liqasının direktoru - Cavid Şahbazbəyov.

Axşamın aparıcısı - Liqanın bədii rəhbəri, aktyor Samandar Rzayev idi.

Milli.Az