Şəhid dostunun şəklini paylaşdı, eyni gündə həlak oldu - FOTO

12 Noyabr 2025 17:05

"C-130" qəzasında şəhid olan baş gizir Ramazan Yağızın təyyarəyə minməzdən əvvəl Azərbaycanda etdiyi paylaşım diqqət çəkib. 

Milli.Az xəbər verir ki, çavuş uçuşdan öncə üç il əvvəl eyni gün şəhid olan kəndlisi və uşaqlıq dostu, piyada baş giziri Emre Sevinçin fotosunu sosial media hesabında paylaşıb. 

"Təəssüf ki, üç il sonra, ayın 11-də daha bir şəhidimizi itirdik. Dərin kədər içindəyik. Qardaşımız yetim böyüdü. Allah ona gözəl bir axirət nəsib etsin. Təyyarəyə minməzdən əvvəl üç il öncə "Pəncə Kilidi" əməliyyatında şəhid olan Emre Sevinçin xatirəsini yad etmək üçün bir paylaşım etmişdi. Saatlar sonra onun da təyyarə qəzasında şəhid olduğunu eşitdik. İki övladı var idi", - deyə kənd muxtarı açıqlayıb.

Qeyd edək ki, şəhidin illər əvvəl kök hüceyrə donoru olduğu və xərçəng xəstəsi bir şəxsin həyatını xilas etdiyi məlum olub.

Fidan
Milli.Az