Bakıda avtomobilində qanunsuz odlu silah və döyüş sursatları saxlayan şəxsə hökm oxunub.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, 1981-ci il tarixdə Quba rayonunun Alpan kəndində anadan olmuş V.G. saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə dair cinayət işi açılıb.
Məhkəmədə məlum olub ki, V.G. idarə etdiyi "Fiat" markalı avtomobilin arxa yük yerində bir ədəd 3930 №-li, TOZ-8 modelli ov tüfəngini və döyüş sursatı hesab edilən 2 ədəd patronu qanunsuz olaraq saxlayıb.
Nizami rayonu, Babək prospektində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin avtomobilində aparılan yoxlama zamanı sözügedən silah aşkarlanıb.
Məhkəmənin hökmü ilə V.G. 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cəzaçəkməsinin başlanğıcı 24 iyun 2025-ci il tarixdən hesablanıb.
Məhhəmədə həmçinin məlum olub ki, təqsirləndirilən şəxs həbs olunana qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində sürücü işləyib.
Milli.Az