"Ərimdən boşanmağa məcburam, mənə görə təzyiq edirlər" - FOTO

12 Noyabr 2025 15:51

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.

Milli.Az xəbər verir ki, sənətçi həyat yoldaşı Rəşad Əhmədzadə ilə yollarını ayırmaq və boşanmaq üçün məhkəməyə müraciət etdiyini sosial şəbəkədə bildirib.

"Bu gün uzun düşüncələrdən sonra bəlkə də radikal görünən bir addım atdım. Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşı olub. Onun qayğıkeşliyi, ədaləti və xeyirxahlığına həmişə heyran qalmışam. Amma son illərdə mənə görə həyat yoldaşıma müxtəlif bəhanələrlə mənəvi təzyiqlər göstərilib, səhhətində də ciddi problemlər yaranıb. Boşanıram ki, artıq onu rahat buraxasınız və şəxsi məsələlərinizi mənim üzərimdən həll etməyəsiniz", - o, yazıb.

Rejissor əlavə edib ki, Rəşad Əhmədzadə bu qərarı çətin olsa da anlayışla qarşıladığını bildirib.

Səidə Haqverdiyeva həmçinin yaxın zamanda özünə və ailəsinə təzyiq göstərən şəxslərlə bağlı məlumat paylaşacağını vurğulayıb:

"Artıq səbr kasam dolub. İstəyirəm hər kəs o insanları tanısın. Davamı olacaq".

Milli.Az