Kainat bu 4 bürcü seçdi - Yeni başlanğıc gözləyir

12 Noyabr 2025 17:42

Yupiter Xərçəng bürcündə geri dönməyə başlayır. Normalda bolluq və genişlənmə planeti kimi tanınan Yupiter retrograd (geri hərəkət) dövründə sürətini azaldır. Ancaq bu, mənfi bir hal deyil - əksinə, kainatın bizə "Dayan, düşün və yenidən başla" dediyi bir zamandır. Həyatın tempi yavaşlayır, stress azalır, daxili sükunət isə ön plana çıxır.

Milli.Az xəbər verir ki, bu dövrdə dörd bürc həm maddi, həm də mənəvi baxımdan əsl yüksəliş yaşayacaq. Onlara kainatın hədiyyəsi - şans, bolluq və daxili sülh olacaq.

Balıqlar

Yupiterin geri dönüşü Balıqlara mənəvi parıltı gətirir. Sevgi həyatında yeni qapılar açılır, duyğular dərinləşir, münasibətlər möhkəmlənir. "Doğru insanla, doğru yerdəyəm" hissi Balıqlar üçün bu dövrdə əsas motiv olacaq.
Balıqların şəfqəti və empatiyası ətrafdakılara da müsbət enerji ötürür. "Verərək böyümək" fəlsəfəsini mənimsədikcə həm ruhsal, həm də maddi bolluqları artır.

Oxatan

Yupiterin idarəsində olan Oxatan üçün bu retro dövrü daxili gücünü və potensialını yenidən kəşf etmə vaxtıdır. Gözlənilməz maliyyə fürsətləri, yeni iş əlaqələri və motivasiya dolu ilham mənbələri qarşısına çıxacaq.
Bu dəfə uğur çox çalışmaqdan deyil, doğru enerjini cəlb etməkdən gələcək. Oxatanlar bu dövrdə pozitivlikləri və təbii cazibələri ilə ətrafdakılara ilham verəcəklər. Kainat sanki onlara deyir: "Rahat ol, layiq olduğun hər şey gəlir."

Şir

Şirlər üçün bu dövr nəfəs kimi gələcək. Uğrunda çox çalışdıqları məsələlərdə nəhayət nəticə görünəcək. Münasibətlərdə və əməkdaşlıqlarda gözlənilməz, lakin sevindirici dəstək gələ bilər.
Ətraflarında bəzi dəyişikliklər baş versə də, bu, tamamilə xeyirli olacaq. Artıq yalnız səmimi və xoş niyyətli insanlarla yola davam etməyin vaxtıdır. Şir nə qədər özünə inanarsa, kainat da ona bir o qədər çox qapı açacaq.

Xərçəng

Yupiterin öz bürcündə geri hərəkəti Xərçənglər üçün daxili sakitlik və şəfa dövrüdür. Uzun müddət yorğunluq və emosional qarışıqlıq yaşayan Xərçənglər indi öz güclərini yenidən kəşf edəcəklər.
Retro dövründə onlar keçmişi buraxacaq, özlərini bağışlamağı və yenidən sevməyi öyrənəcəklər. Kainat Xərçənglərə pıçıldayır: "Şans səninlədir, sadəcə içindəki işığı xatırla."

Milli.Az