Quşlar təyyarəni deşdilər - FOTO

1 Avqust 2012 10:22
ABŞ-ın "United Airlines" aviaşirkətinin təyyarəsi da belə problemlə qarşılaşdığından Denver hava limanına təcili enməli olub.

Milli.Az ABC7-yə istinadən bildirir ki, "Flight 1475" reysi ilə Dallas-Fort Uert istiqamətində uçan "Boeing 737" sərnişin təyyarəsinin Denver beynəlxalq hava limanına enməsinin səbəbi isə təyarənin səmada quşlarla toqquşması və nəticədə burunda böyük dəliyin yaranması idi.

Hadisə təyyarə hava limanından 38 km kənarda olanda baş vermişdi.
Birdstrike.org bildirir ki, quşlar ABŞ-ın aviaşirkətlərinə ildə 600 milyon dollar ziyan vururlar. Təyyarələrin quşlarla toqquşması nəticəsində 1988-ci ildən bəri 219 nəfər həlak olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Fotolar: ABC7