Müğənni Nura Suri Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva barədə söylədiyi fikirlərlə bağlı açıqlamasına düzəliş edib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, əvvəlki paylaşımında səsləndirdiyi iddialar dəqiq məlumata əsaslanmayıb:
"Hər hansı hadisə baş verəndə, problem yarananda səbəbini öyrənməyə çalışıram. Akademik Musiqi Teatrında çəkiliş icazəsi ilə bağlı məsələ yarananda, mənə dedilər ki, guya bu işi Mənzər xanım edir. Amma bu, fakt deyildi. Özündən də soruşdum, məsələ aydınlaşmadı. Daha sonra məlum oldu ki, o, həmin vaxt ölkə xaricində olub və bu işlərdə heç bir rolu olmayıb."
Nura Suri əlavə edib ki, ona yanlış məlumat verilib:
"Yəqin, kiminsə mənə yalan məlumat verməsi nəticəsində belə olub. Oyuna gətirilmişəm. Elə bir dövrdə yaşayırıq ki, nəyin doğru, nəyin yalan olduğunu anlamaq çətindir. Mən heç vaxt kiməsə haqsızlıq etmək istəmirəm."
İfaçı paylaşımının sonunda qeyd edib ki, şər-böhtan onun üçün qəbuledilməzdir və heç kimin haqqına girmək niyyətində deyil.
Nura Suri açıqlamasına həmçinin müğənni Almaxanım Əhmədlinin mövzu ilə bağlı yazdıqlarının ekran görüntüsünü də əlavə edib.
Milli.Az