Kürdəmirin yeni icra başçısı kimdir? - DOSYE

12 Noyabr 2025 14:02

Xəbər verdiyimiz kimi, Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Milli.Az xəbər verir ki, Həsənli Elşən Nazim oğlu 1986-cı ildə Yevlax şəhərində anadan olub.

2006-cı   ildə   Azərbaycan  Respublikası   Prezidenti     yanında Dövlət     İdarəçilik   Akademiyasının "İnzibati idarəetmə" ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət     İdarəçilik   Akademiyasının "Davamlı inkişafın planlaşdırılması" üzrə magistratura səviyyəsini bitirib.

2012-2014-cü illərdə Bakı  şəhəri, Suraxanı Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.

2014-2022-ci illərdə Bakı  şəhəri, Sabunçu  Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Milli.Az