Dünyanın ən bahalı "Mercedes"i satılır - FOTO

1 Avqust 2012 12:14
Milli.Az "The Guardian"a istinadən bildirir ki, "Mercedes-Benz CLK GTR" markalı avtomobil ABŞ-ın Kaliforniya ştatındakı Monterrey şəhərində keçiriləcək "RM Auctions" hərracında bu ayın sonunda satışa çıxarılacaq.

Maşının estimeyti, yəni ilkin satış qiyməti 1,6 milyon dollardır.
7,3 litr həcmli mühərrikə malik maşını almaq istəyənlər avqustun 17-dək hərracda rəsmi qeydiyyatdan keçməlidirlər.

"Mercedes" avtokonserni cəmi 25 belə maşın istehsal etmişdi.
Avtomobil 100 km/saat sürətli cəmi 3,4 saniyədə əldə edir. Maşının maksimal sürəti isə 317 km/saatdır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

















Fotolar: SWNS