Təyyarə qəzasında həlak olan hərbçilərdən 19-nun nəşi tapıldı

12 Noyabr 2025 14:24

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze jurnalistlərə bildirib.

Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılıb.

Nazirin sözlərinə görə, digər iki hərbçinin nəşinin axtarışları davam etdirilir.

Milli.Az