Xəbər verdiyimiz kimi, Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər sərəncamla Ceyhun Ramiz oğlu Cəlilov həmin vəzifəyə təyinat alıb.
Bəs çıxarılan Fuad Nəcəfli kimdir?
Naxçıvan Muxtar Respublikasına Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunan Fuad Vahid oğlu Nəcəfli daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışıb. 1975-ci il təvəllüdlü F.Nəcəfli əslən Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindəndir.O, bugünkü təyinatadək "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvü olub.F.Nəcəfli daha əvvəl "Paşa Holdinq"ə daxil olan bir sıra şirkətlərdə çalışıb.
Qeyd edək ki, o, 2022-ci ildə Ölkə başçısının sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Aysel Əkbər
Milli.Az