Azərbaycan bankları onlayn cərimə ödənişi zamanı vətəndaşlardan komissiya tutmağa başlayıb.
Milli.Az "Operativ Media"ya istinadən xəbər verir ki, cərimədən tutulan komissiya məbləği 0.40 AZN təşkil edir.
Məsələ ilə bağlı bildirilib ki, 01.11.2025-ci il tarixindən etibarən, cərimə ödənişlərini təmin edən provayderin (xidmət təminatçısının) tələblərinə əsasən, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur.
Qeyd olunur ki, yeni qaydalara əsasən, cərimə məbləğindən asılı olmayaraq, ödəniş zamanı 0.40 qəpik komissiya haqqı tutulur.
Komissiya məbləği ödəniş zamanı avtomatik olaraq cərimə məbləği ilə birlikdə hesablanır.
Xatırladaq ki, Azərbaycanda inzibati cərimələri 10 gün ərzində ödəyənlərə 10 faiz güzəşt tətbiq edilir.
Milli.Az