Məşhur aktyor Makoley Kalkin "Evde tək" ("Home Alone") filminin 35 illiyi münasibətilə çəkilmiş xüsusi videoda yenidən "Kevin Makkallister" obrazına qayıdıb.
Milli.Az xəbər verir ki, yeni reklam çarxı "Home But Not Alone" ("Evdə, amma tək deyil") adlanır. Videoda artıq böyümüş Kevin uşaqlıqda etdiyi kimi evi oğrulardan qorumaq əvəzinə, anasını mənzildəki mümkün təhlükələrdən qoruyur.
Çarx "Home Instead" adlı evdə qayğı xidməti göstərən şirkət tərəfindən hazırlanıb. Videoda Kevin anası üçün təhlükəsizlik planı hazırlayır, döşəmələri sürüşməz edir, təhlükəli əşyaları yığışdırır və həyəti daha təhlükəsiz hala gətirir.
Həmçinin, çarxda orijinal filmdəki bəzi məşhur səhnələrə nostalji tərzdə istinadlar da yer alıb.
Asya Hüseyn
Milli.Az