Evdə təmizlik zamanı istifadə olunan bəzi vasitələr sağlamlığa ciddi zərər verə bilər.
Milli.Az xəbər verir ki, bəzi təmizlik vasitələrinin tərkibində olan formaldehid, ftalatlar və uçucu üzvi birləşmələr kimi maddələr havada toplanaraq nəfəs alma problemlərinə və xərçəng riskinə səbəb ola bilər.
Bu barədə ABŞ-ın Ətraf Mühit Mühafizə Agentliyinin məlumatında qeyd olunub.
Bu maddələrə məruz qalmağın burun, sinus və digər nadir şişlərə yol aça biləcəyini vurğulanır. Havalandırması zəif olan yerlərdə risk daha yüksəkdir.
Qeyd edək ki, formaldehid yalnız təmizlik vasitələrində deyil, həmçinin siqaret tüstüsündə, qida hazırlanarkən əmələ gələn qazlarda və bəzi tikinti materiallarında da mövcuddur. Təhlükəni azaltmaq üçün sirkə, soda, limon suyu kimi təbii vasitələrdən istifadə etmək, otağı yaxşı havalandırmaq və kimyəvi maddələrdən uzaq durmaq tövsiyə olunur.
İsmayıl
Milli.Az