Aktivistlər COP30-a basqın etdi, xəsarət alanlar var - FOTO

12 Noyabr 2025 12:24

Braziliyanın Amazon bölgəsində yerləşən Belem şəhərində keçirilən BMT-nin COP30 iqlim sammiti zamanı aktivistlər tədbirin keçirildiyi məkana zorla daxil olublar. Onlarla yerli nümayəndə meşələrin qorunması və torpaq hüquqları tələbi ilə təhlükəsizlik işçiləri ilə toqquşub.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar "Torpağımız satılmır" və "Biz pul yeyə bilmərik" kimi şüarlar səsləndiriblər. Hadisə zamanı iki təhlükəsizlik işçisi yüngül xəsarət alıb, məkana isə cüzi ziyan dəyib.

BMT və Braziliya təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə alıb və araşdırma başladılıb.

Qeyd edək ki, COP30 sammitinə rəsmi olaraq noyabrın 10-da start verilib. Konfransda Braziliya Prezidenti Lula da Silva və digər dünya liderləri iştirak edirlər.

Fidan
Milli.Az