Azərbaycanlı bloger cütlüklərin illər ərzində inanılmaz DƏYİŞİKLİYİ - FOTOlar

12 Noyabr 2025 15:43

Sosial şəbəkələrin məşhur azərbaycanlı bloger cütlükləri illər ərzində xeyli dəyişiblər.

Milli.Az xəbər verir ki, onların keçmiş və indiki görüntüləri izləyicilər arasında böyük maraq doğurub.

Sosial mediada paylaşılan fotolarda tanınmış cütlüklərin həm xarici görünüşündə, həm də həyat tərzində ciddi fərqlər müşahidə olunur. Bir çox izləyici əvvəlki illərlə müqayisədə  onların çox dəyişdiyini qeyd ediblər.

Şərhlərdə izləyicilər "Əsl transformasiya!", "Vaxt insanı nə qədər dəyişdirir" və "Birlikdə böyüyüblər" kimi rəylər yazıblar.

Qeyd edək ki, son illərdə Azərbaycan sosial media məkanında bloger ailələrin sayı artıb və onlar həm şəxsi həyatları, həm də yaradıcılıq fəaliyyətləri ilə diqqət mərkəzində qalırlar.

Musa
Milli.Az