Rusiyanın neft-kimya zavodu vuruldu – VİDEO

12 Noyabr 2025 11:20

Ukrayna Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən "Stavrolen" neft-kimya zavoduna PUA-larla hücum edib.

Milli.az xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində zavodda yanğın baş verib.

Rusiya isə hava hücumundan müdafiə qüvvələrinin Ukrayna PUA-larını dəf etdiyini bildirib.

Milli.Az