Əhmədlidəki torpaq sürüşməsinin səbəbi bilindi

12 Noyabr 2025 11:15

Xətai rayonunda torpaq sürüşməsi ərazidən keçən magistral su xəttindəki qəza və sızma nəticəsində baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, xətdə baş verən sızma nəticəsində torpaq qatı sürüşüb. Artıq problem aradan qaldırılıb, su xətti bərpa olunub. Hazırda ərazidə təmizlik işləri görülür.

ADSEA-dan (  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ) isə bildirilib ki, parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.

Qeyd edək ki, bu gün Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının ərazisində sürüşmə zamanı torpaq qatı həyətdə park edilmiş avtomobilin üzərinə tökülüb.

Milli.Az