Abşeronda FACİƏ - 45 yaşlı kişinin üzərinə mərmər daşı düşdü

12 Noyabr 2025 10:27

Abşeronda kişinin üzərinə mərmər daşı düşərək ölüb.

Milli.Az xəbər verir ki, Xırdalan şəhərinin ərazisində Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Ziyad Məmməd oğlu Həsənov idarə etdiyi yük avtomobilinə mərmər daşı yükləyən zaman daş üzərinə düşüb.

Nəticədə kişi xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Araşdırmalar aparılır.

Milli.Az