Bakıda torpaq sürüşdü, maşının üstünə töküldü - VİDEO

12 Noyabr 2025 09:56

Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının ərazisində qeydə alınıb. Sürüşmə zamanı torpaq qatı poliklinikanın həyətində dayanmış avtomobilin üzərinə tökülüb.

İcra hakimiyyətindən bildirilib ki, torpaq sürüşməsi magistral su xəttindəki qəza və sızma nəticəsində sözügedən hadisə baş verib./Qafqazinfo

Milli.Az