Qəzada 20 hərbçinin öldüyü təsdiqləndi - FOTO

12 Noyabr 2025 09:04

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda C-130 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçinin həlak olduğunu təsdiqləyib.

Milli.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

"Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçimiz həlak olub. Səhər saat 6:30-da Gürcüstan hakimiyyəti ilə razılaşdırılaraq təyyarəmizin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatlarına və qəza ilə bağlı araşdırmalara başlanılıb", - deyə məlumatda bildirilir.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də hadisə bağlı açıqlama yayıb: "Qəhrəman döyüş yoldaşlarımız 2025-ci il noyabrın 11-də Azərbaycandan ölkəmizə uçan C-130 hərbi yük təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olub. Şəhidlərimizin ailələrinə və xalqımıza öz adımdan və Milli Müdafiə Nazirliyinin üzvləri adından başsağlığı verirəm".

Bundan başqa nazirlik şəhid hərbçilərin ad və soyadlarını da açıqlayıb.

Gökhan Korkmaz - Pilot

Serdar Uslu - Zabit

Nihat İlgen - Zabit

Cüneyt Kandemir - Zabit

Emre Mercan - Baş Leytenant

Nuri Özcan - Baş Çavuş

Ümit İnce - Zabit

Burak Özkan - Zabit

Emrah Kuran - Zabit

Hamdi Armağan Kaplan - Zabit

Akın Karakuş - Zabit

İlker Aykut - Baş Qərargah rəisi

Ramazan Yağız - Zabit

Emre Altiok - Zabit

Burak İbbiği - Zabit

İlhan Ongan - Baş Çavuş

Berkay Karaca - Zabit

Ahmet Yaşar Kuyucu - Zabit

Cem Dolapcı - Zabit

Emre Sayın - Zabit.

Milli.Az