Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu

12 Noyabr 2025 00:28

Daha bir Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Qurbanlı Ümid Əli oğlu Rusiya tərəfindən Ukraynaya qarşı vuruşarkən həyatını itirib.

Məlumata görə, onun meyiti Rusiyanın Rostov şəhərinə aparılıb.

Hazırda Rusiyada yaşayan azərbaycanlılar onun ailəsini və ya yaxınlarını tapmağa çalışır.

Milli.Az