Sakit-səssiz Bakıdakı parada gəlib-gedən ərəb şəhzadə kimdir? - VİDEO

11 Noyabr 2025 22:35

8 noyabr Bakıda hərbi paradı izləmək üçün gələnlərdən biri də Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Al Maktum idi.

Milli.Az xəbər verir ki, 1982-ci il doğumlu Rəşid Al Maktum  2008-ci ildən bəri Dubayın vəliəhdi, 2024-cü ildən isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə naziri və Baş nazir müavinidir. Cəmiyyətdə daha çox "Fəzza" ləqəbi ilə tanınır. Bu ləqəb ərəbcədə "kömək edən, himayə edən" mənasını verir və o, şeirlərini də bu adla nəşr etdirir.

Şeyx Həmdan həm də atcılıq üzrə peşəkar idmançıdır və Dünya Atçılıq Oyunlarında bir neçə dəfə dünya çempionu olub.

Şeyx Həmdan təhsilinə Dubayda başlayıb. Sonra Böyük Britaniyada məşhur Sandhurst Kral Hərbi Akademiyasında və London İqtisadiyyat Məktəbində oxuyub.

2019-cu ildə əmisi qızı Şeyxa Şeyxa bint Səid Əl Maktum ilə evlənib, 4 övladı var.

Şeyx Həmdan sosial şəbəkələrdə çox məşhurdur. İnstagramda hobbiləri - heyvanlar, səyahət, idman və fotoqrafiya haqqında paylaşımlar edir.

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

Публикация от Milli.Az.official (@milli.az.official)