Kavelaşvili Ərdoğana başsağlığı verdi

11 Noyabr 2025 21:43

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Milli.Az xəbər verir ki, o, "X" hesabında dəhşətli faciənin Gürcüstana böyük kədər gətirdiyini bildirib.

"Bu ağrılı və çətin anlarda Türkiyə xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edirik", - Kavelaşvili yazıb.

Milli.Az