"Fənərbaxça" UEFA-ya şikayət etdi

11 Noyabr 2025 19:12

"Fənərbaxça" Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Viktoriya" ilə (0:0) oyununun hakimi Allard Lindhoutla ilə bağlı UEFA-ya rəsmi şikayət edib.

Milli.Az xəbər verir ki, müraciətdə hakimin oyun boyunca idarəçilik tərzinin və onun səhv qərarlarının matçın nəticəsinə birbaşa təsir etdiyi bildirilib.

UEFA-dan bunu nəzərə alaraq, hadisələri lazımi ciddiyyətlə və təcili şəkildə araşdırması xahiş edilib.

Milli.Az