Azərbaycan yığmasının heyətində ciddi itki

11 Noyabr 2025 18:44

Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Milli.Az xəbər verir ki, yığmamız İslandiya və Fransa ilə oyunlarda Elvin Cəfərquliyevdən yararlana bilməyəcək.

O, yüksək bədən temperaturuna görə heyətdən çıxarılıb.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

Milli.Az