Papoyan: Həmin buğdanın çörəyini birinci dadmağa hazıram

11 Noyabr 2025 20:06

Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib ki, Azərbaycandan tranzitlə ölkəsinə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi birinci dadmağa hazırdır.

Milli.Az report-a istinadən xəbər verir ki, "Birinci mən bu buğdadan hazırlanan çörəyi dadmağa hazıram", - nazir sosial şəbəkələrdə yazıb.

Daha əvvəl məlumat verilmişdi ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Təxminən 1 000 ton dördüncü sinif buğda çatdırılmışdı. Təchizat Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində mümkün olub.

Milli.Az