Bu insanlara xurma yemək olmaz - SƏBƏB

11 Noyabr 2025 11:48

Şəkərli diabeti olan şəxslərin xurma yeməyi məhdudlaşdırması tövsiyə olunur, çünki bu meyvə yüksək miqdarda şəkər ehtiva edir.

Milli.Az xəbər verir ki, bu barədə həkim-qastroenteroloq Yelena Pexotina bildirib ki, xurmanın həddindən artıq qəbulu həm qəbizlik, həm də qanda qlükoza səviyyəsinin artmasına səbəb ola bilər.

O, diabet və qəbizlik riski olan insanlara xurmanı gündə bir-iki kiçik ədəd ilə məhdudlaşdırmağı tövsiyə edib:

"Buna baxmayaraq, xurma hələ də antioksidantlar, karotinoidlər, C vitamini və kaliumla zəngin faydalı bir məhsuldur. Həkim qeyd edir ki, bu meyvə damar sağlamlığını gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır və bağırsaq həmçinin immun sisteminin fəaliyyətinə dəstək olur".

Aysel Əkbər
Milli.Az