Arvadını boğmuşdu, həbsxanadan meyiti tapıldı

10 Noyabr 2025 23:50

Keçmiş UFC döyüşçüsü ABŞ həbsxanasında ölü tapılıb.

Milli.Az xəbər verir ki, braziliyalı MMA döyüşçüsü və keçmiş UFC iştirakçısı Godofredo Castro ABŞ həbsxanasında ölü vəziyyətdə tapılıb.

38 yaşlı idmançı 2025-ci ilin iyulundan etibarən həbsdə idi. O, həyat yoldaşını boğmağa cəhd etməkdə günahlandırılıb.

İdmançının ölümünün səbəbi hələ açıqlanmayıb.

Godofredo Castro UFC-də 2012-2018-ci illər arasında 11 döyüş keçirib və MMA karyerasında ümumilikdə 14 qələbə, 7 məğlubiyyət əldə edib.

Milli.Az