Səyahət üzrə ekspert Tariyel Gajiyenko qış mövsümündə istirahət üçün ən uyğun ölkələri təqdim edib.
Milli.Az xəbər verir ki, onun fikrincə ilk sırada Tayland dayanır. Dekabrdan fevrala qədər ölkədə quru mövsüm olur, hava +25-+32 dərəcə isti olur və səyahət üçün əlverişlidir.
Daha sonra siyahıda Vyetnam gəlir. Qış aylarında ölkənin şimalı bir az sərin ola bilər, lakin cənub bölgələri, xüsusən Hoşimin şəhəri, hər zaman isti hava və günəşli günlər təqdim edir. Temperatur burada təxminən +30 dərəcə olur.
Ekspert həmçinin Meksikaya səfəri tövsiyə edir. Kurort zonalarında qışda hava +25-+30 dərəcə isti olur ki, bu da çimərlik istirahəti üçün ideal şərait yaradır.
Avstraliyaya, xüsusən Sidney və Bondi çimərliyinə də baxmaq mümkündür.
Siyahıda sonuncu yerdə İsrail dayanır. Gajiyenko tövsiyə edir ki, səyahətçilər Qüds və Müqəddəs yerlərlə yanaşı, Ölü dəniz ziyarətini də proqramlarına əlavə etsinlər.
İsmayıl
Milli.Az