Qəhvə içib yatanlar yuxuda da stress keçirirmiş

10 Noyabr 2025 20:15

İnsan yuxuda da stress keçirə bilər.

Milli.Az xəbər verir ki, bu barədə kardio­loq Aurelio Roxas məlumat verib.

"Yuxu zamanı bədənin müəyyən vəziyyətləri gündəlik stressin əlaməti ola bilər. Biləklərin bükülməsi və yumruqların sıxılması, əllərin üzərində bir-birinə keçməsi, çənənin dartılması, üzün qırışması, boyuna toxunmaq, bir və ya hər iki əlin qaldırılması, embrion vəziyyətində yatmaq, ayaqların üst-üstə qoyulması, yastığı möhkəm sıxmaq yüksək stres və kortizol səviyyəsinin göstəricisi sayılır".

İspaniyanın Navarra Universitet Klinikası mütəxəssisləri isə stresin azaldılması üçün bir neçə məsləhət veriblər: tütün, alkoqol və kofe istehlakını azaltmaq, müntəzəm idman məşqləri, balanslı qidalanma, yuxu rejiminə riayət etmək. Bundan əlavə, sakitləşdirici musiqi dinləmək, hobbilərlə məşğul olmaq, psixoloqla özünüqiymətləndirməni artırmaq və ailə ilə vaxt keçirmək faydalı hesab olunur.

İsmayıl
Milli.Az