Günəşdə Yerə doğru yönəlmiş güclü partlayış oldu

10 Noyabr 2025 12:11

Günəşdə Yer kürəsinə doğru yönəlmiş güclü partlayış baş verir.

Milli.Az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Məlumata görə, teleskoplar Günəş-Yer xətti boyunca plazma partlayışını müşahidə edirlər. Mütəxəssislərin məlumatına görə, partlayışın gücü X1.79 səviyyəsinə çatıb.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.  /Oxu.Az

Milli.Az