Dəhşətli QƏZA: bir ailənin 4 üzvü öldü

10 Noyabr 2025 11:56

Türkiyənin paytaxtı Ankara şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Karacaören-Çalış magistral yolunda qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir ailənin dörd üzvü ölüb, üç nəfər isə xəsarət alıb.

Hadisə yerinə çox sayda xilasedici və təcili tibbbi yardım briqadası cəlb olunub.

Qəzanın baş vermə səbəbləri araşdırılır. /"Report"

Milli.Az