TikTok”a görə gənc qıza ölüm cəzası

10 Noyabr 2025 10:56

Malinin Tonka şəhərində gündəlik həyatla bağlı videolar paylaşan gənc TikTok fenomeni Mariam Sisse öldürülüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumata əsasən, Sisse cihadçılar tərəfindən ordu ilə əməkdaşlıqda ittiham olunaraq edam edilib. Onun qardaşının sözlərinə görə, Mariam İstiqlal meydanında güllələnib və bu hadisəni böyük izdiham izləyib.

Gənc qadının TikTok hesabında 90 mindən çox izləyicisi olub.

Hüseyn
Milli.Az