Türkiyədə də zəlzələ oldu

10 Noyabr 2025 09:26

Türkiyənin Balıkesir bölgəsində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:06-da baş verib. Məlumata əsasən, zəlzələnin ocağı yer səthindən təxminən 11 kilometr dərinlikdə yerləşib.

Təkanlar Balıkesirlə yanaşı, ətraf bölgələrdə də hiss olunub.

İlkin məlumatlara görə, hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Milli.Az