Türkiyənin Rize şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə Muradiyə Bələdiyyəsinə bağlı Orta məhəllədə keçirilən mövlüd mərasimində yaşanıb. İlkin məlumata görə, mərasimdə paylanan yeməklərdən sonra 94 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənməyə səbəb toyuq yeməyi olub. Zərərçəkənlərdə ürəkbulanma, qusma və halsızlıq kimi simptomlar müşahidə edilib.
Rize Valiliyi və Səhiyyə Müdirliyi hadisə ilə bağlı araşdırma başladıb. Yeməklərdən və istifadə olunan məhsullardan nümunələr götürülüb.
Qeyd edək ki, hazırda vəziyyəti ağır olan şəxs yoxdur, bütün xəstələrin səhhəti nəzarət altındadır.
İsmayıl
Milli.Az