ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə gözlərini güclə açıq saxlamağa çalışarkən görüntülənib.
Milli.Az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.
Hadisə 6 noyabr 2025-ci il tarixində Ağ Evdə, dərman şirkətləri ilə bağlı keçirilən tədbirdə baş verib. Tədbirin məqsədi çəki azaldıcı dərmanların qiymətlərinin endirilməsi ilə bağlı açıqlama vermək olub.
Yayılan görüntülərdə Trampın təxminən 20 dəqiqə boyunca gözlərini açıq saxlamağa çalışması əks olunub. O, başını əyib, əlinə çiynini dayayaraq və stulda əyləşərək yuxu ilə mübarizə aparıb. Tədbir zamanı hətta bir iştirakçı qəflətən huşunu itirib və tədbir bir saatlıq fasilə ilə davam edib.
Ağ Ev sözçüsü Taylor Rogers isə bildirib ki, Prezident yuxuya getməyib, çıxışını davam etdirib və jurnalistlərin suallarını cavablandırıb.
İsmayıl
Milli.Az