Gömrükdən yığılan pullardan vətəndaşlara 2 min dollar paylanacaq

9 Noyabr 2025 22:44

ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarından əldə edilən gəlirlər hesabına vətəndaşlara 2 min dollar ödəniş ediləcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə yüksək gəlirli amerikalılar istisna olunacaq.

"Tariflərə qarşı çıxanlar axmaqdırlar. Biz hazırda sıfıra yaxın inflyasiya və rekord fond bazarı qiymətləri ilə dünyanın ən varlı və ən hörmətli ölkəsiyik. ABŞ üzrə rekord investisiyalar, fabriklər və zavodlar artır", - deyə o bildirib.

Qeyd olunur ki, hazırda bu təşəbbüs qanuniləşdirilməyib və Konqres tərəfindən təsdiqlənməsi tələb olunur. Həmçinin, məbləğin necə paylanacağı və ödənişin vaxtı ilə bağlı detallı məlumat verilmir.

Trampın bu açıqlaması ABŞ-də geniş müzakirələrə yol açıb.

İsmayıl
Milli.Az