"Ərinizin maykalarını..." - Seda Sayandan qəribə tövsiyə

9 Noyabr 2025 22:00

Seda Sayan qadınlara qəribə məsləhət verib.

Milli.Az xəbər verir ki, məşhur müğənni ev xanımlarına ərlərinin köhnə alt paltarlarını atmamalarını tövsiyə edib. Sayan deyib ki, onlardan şüşələri silmək üçün istifadə etmək olar və heç bir iz qalmır.

62 yaşlı sənətçinin bu sözləri sosial şəbəkədə böyük maraq doğurub, minlərlə şərh alıb. Bəzi izləyicilər onun tövsiyəsini dəstəkləyib, bəziləri isə şərhlərində zarafat ediblər.

İsmayıl
Milli.Az