"ChatGPT" mənim "toksik" dostumdur"

9 Noyabr 2025 20:45

Kim Kardaşyan ChatGPT-ni "zəhərli dost" adlandırıb.

Milli.Az xəbər verir ki, məşhur ulduz "Vanity Fair" jurnalına verdiyi müsahibədə süni intellektlə (ChatGPT) münasibətlərini "toksik" adlandırıb.

Kardaşyan bir neçə ildir hüquq sahəsini öyrənir, lakin ChatGPT-nin yanlış məsləhətləri səbəbindən bir neçə dəfə imtahanlardan kəsildiyini bildirib.

O bildirib ki, süni intellektin hissləri olmasa da, o, onu təsir etmək üçün insan emosiyalarından istifadə etməyə çalışır.

İsmayıl
Milli.Az