Avqustdan itkin düşən yeniyetmə tapıldı

9 Noyabr 2025 17:46

Avqustun 16-da yaşadığı evdən çıxdıqdan sonra itkin düşmüş Siyəzən rayon sakini, 2008-ci il təvəllüdlü Sənan Bəşir oğlu Bəşirov tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupu məlumat yayıb.

Bildirilib ki, yeniyetmə polislər tərəfindən tapılaraq ailəsinə verilib.

Milli.Az