8 Noyabr - xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış Zəfər Günüdür! Bu əlamətdar tarix münasibətilə Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfərimizin 5-ci il dönümünə həsr olunmuş möhtəşəm tədbir keçirib.
Konsertdə Dövlət Uşaq Filarmoniyasının nəfəsli alətlər ansamblı (bədii rəhbər Mehdizadə Sərvan), "Sədəf" xalq çalğı alətləri ansamblı və solistlər (bədii rəhbər Mehdiyeva Qönçə, müəllim Niftəliyev Elbrus), "Səda" uşaq xoru (bədii rəhbər Mehdizadə Aysel), Vokal sinifi (müəllim Aslanova Leyla), Folklor Rəqs Ansamblı (bədii rəhbərlər Zeynalova Nigar, Quliyev Məhəmməd, müəllimlər Təhməzova Günel, Cigərxanov Zeynal),Avropa-Azərbaycan məktəbinin xor kollektivi (bədii rəhbər Əlizadə Kəmalə), solistlər Əsgərova Mələkxanım (xanəndə), Əhmədli Gülay (xanəndə), Məmmədova Ayan (xanəndə), Qədimov Tunar (xanəndə), Dadaşlı Eynulla (xanəndə), Məmmədov Şamil (saz), Zeynallı Mikayıl (kamança), Qarayev Teymur (vokal), Tapdıqova Fəridə (Violançel), Heybətzadə Fazil (qarmon), Bayramlı Ayan (vokal), Terequlova Əminə (violin), Məmmədli Əsmanın(violin) ifasında vətənpərvərlik mövzusunda, muğam və rənglərdən, xalq mahnılarından ibarət kompozisiyalar təqdim olunub. Konsertdən əvvəl "Bacarıqlı əllər" rəsm dərnəyinin balaca rəssamlarının əl işlərindən ibarət "Zəfər" sərgisi də nümayiş olunub (müəllimlər Qarayeva Günay, Teymurova Səriyyə, Mirzəliyeva Nərminə).
Zəfərin 5-ci ildönümü münasibəti ilə konsertdə çıxış edən bütün iştirakçılara sertifikarlar təqdim olunub.
Konserti izləyənlər arasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Avropa Azərbaycan məktəbinin direktoru Françesko Bançini və digər qonaqlar var idi.
Musiqi, söz və duyğuların birləşdiyi bu proqram həm iştirakçılara, həm də izləyicilərə unudulmaz anlar yaşadıb. Bu tədbir bir daha göstərdi ki, Zəfərin sevinci və Vətən sevgisi yeni nəsillərin qəlbində daim yaşayacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az