Türkiyə Müdafiə Nazirliyindən Zəfər Paradı paylaşımı – Bakıda çəkilən kadrlar yayıldı - VİDEO

9 Noyabr 2025 16:48

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən Zəfər Paradı ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, Nazirliyin rəsmi sosial media hesabında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin göyərtəsindən çəkilmiş kadrlar paylaşılıb.

Paylaşımda qeyd olunub:

"Azərbaycanın Zəfər Günündə Bakıda keçirilən hərbi parad zamanı salamlama uçuşu edən Hərbi Hava Qüvvələrimizin təyyarəsinin göyərtəsindən o anlar..."

Nazirliyin paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Kənan
Milli.Az