Rusiyalı kriptobiznesmen Aleksey Dolqix Moskvada baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Thesun" nəşri yayıb.
Bildirilib ki, sahibkarın idarə etdiyi "Lamborghini Urus" markalı avtomobil hərəkət zamanı maneəyə çırpılaraq aşıb.
İlkin istintaq məlumatlarına görə, qəza Leninqrad şosesinə çıxarkən baş verib. Dolqix sükan arxasında idarəetməni itirib və nəticədə avtomobil aşıb, daha sonra isə alışaraq yanıb.
Milli.Az