ABŞ-da yük təyyarəsi faciəsi - 14 nəfər həyatını itirdi

8 Noyabr 2025 09:24

ABŞ-nin Kentukki ştatında baş verən yük təyyarəsi qəzası nəticəsində həyatını itirənlərin sayı 14 nəfərə yüksəlib.

Milli.Az xəbər verir ki, bu barədə Luisvill şəhərinin meri Kreyq Qrinberq "X" sosial şəbəkəsində paylaşım edib.

"Məlum qurbanların ümumi sayı 14 nəfərdir", - deyə mer qeyd edib.

Hadisə UPS kargo şirkətinə məxsus yük təyyarəsinin çərşənbə günü Luisvill hava limanından havaya qalxdıqdan az sonra qəzaya uğraması nəticəsində baş verib.

Kənan
Milli.Az